Reqlament

Zəruri olan sənədlərin siyahısı

Sifarişçinin şəxsiyyət vəsiqəsi;

VÖEN (olduğu halda) və şəxsiyyət vəsiqəsi (hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs olduğu halda);

Hüquqi şəxsin təmsilçisinə (nümayəndəsinə) verilən müvafiq məktub, nümayəndənin şəxsiyyət vəsiqəsi;

Tikinti obyektlərinin elektrik şəbəkəsinə qoşulması və ya əlavə enerji (güc) alması, torpaq sahəsi üzərində mülkiyyət və digər əşya hüququnu təsdiq edən sənəd:

çıxarış (texniki pasportla birlikdə);

qeydiyyat vəsiqəsi (texniki pasportla birlikdə);

çıxarış (torpaq sahəsinə aid plan və ölçü ilə birlikdə);

notariat qaydasında təsdiq edilmiş icarə, alqı-satqı, bağışlama (mülkiyyət sənədinin surəti və texpasportu ilə birlikdə), daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qabaqcadan qeydiyyata alınması barədə Daşınmaz əmlakın dövlət reyestrindən arayış

Bağlar İdarəsi tərəfindən verilmiş order və ya müqavilə;

Vərəsəlik haqqında şəhadətnamə;

AR sonuncu Mənzil Məcəlləsi qanuni qüvvəyə minənədək verilmiş order;

İcra hakimiyyəti orqanının sərəncamı, Bələdiyyə qərarı (ayrıc aktı ilə birlikdə);

torpaqların icarə və ya istifadə hüququna dair Dövlət Aktı, şəhadətnamə, çıxarış və müqavilə

Tələb olunan elektrik enerjisinin gücü və keyfiyyət göstəriciləri barədə sənəd (yük hesabatı)


Xidmət haqqı

“Tikinti obyektlərinin elektrik şəbəkəsinə qoşulma xidmətinə görə ödəniş məbləğlərinin tənzimlənməsi barədə” Azərbaycan Respublikası Tarif (Qiymət) Şurasının 03.06.2024-cü il tarixli 4 nömrəli qərarı ilə müəyyən olunur.

Müddət

Məişət abonentlərinin və tələb olunan gücü 200 kVt-a qədər (200 kVt da daxil olmaqla mövcud 0,4 kV-luq şəbəkədən) olan mövcud və ya inşa ediləcək tikinti obyektlərinin elektrik şəbəkəsinə qoşulması sifarişçinin müraciət etdiyi tarixdən etibarən 20 gündən gec olmayaraq təmin edilir.

Tələb olunan gücü 200 kVt-a qədər (orta və yüksəkgərginlikli şəbəkədən) və 200 kVt-dan yuxarı olan mövcud və ya inşa ediləcək tikinti obyektlərinin elektrik şəbəkəsinə qoşulması üçün texniki şərtlər sifarişçinin müraciət etdiyi tarixdən etibarən 7 (yeddi) gündən gec olmayaraq, həmçinin enerji təchizatı layihəsi ETM və ya DEM tərəfindən hazırlanacağı hallarda texniki şərtlər enerji təchizatı layihəsi ilə birlikdə 30 (otuz) gündən gec olmayaraq verilir.


Qeyd

Qeyd 1: Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə əsasən tikintiyə icazənin verilməsi və məlumatlandırma icraatı haqqında məlumat Tikintilərin Dövlət Reyestrində yerləşdirildikdə müraciət qəbul olunur

Qeyd 2: Başqa şəxs müraciət etdiyi halda, qanunvericilikdə müəyyən olunmuş qaydada verilən etibarnamə və müraciət edən şəxsin şəxsiyyətini təsdiq edən sənəd təqdim edilməlidir.

Qeyd 3: Vərəsəlik haqqında şəhadətnamədə digər vərəsələr olduqda müraciət edən şəxs digər şəxslərin notariat qaydasında təsdiqlənmiş razılıq ərizələrini (vərəsələrin özlərinin yazılı razılığını birbaşa mərkəzdə verdiyi hallar istisna olmaqla) təqdim etməlidir.

Qeyd 4: Sifarişçi tərəfindən obyekt üçün tələb olunan enerji gücü “Tikinti obyektlərinə tələb olunan gücün hesablanması Qaydası”na uyğun ETM və ya müvafiq lisenziyalı təşkilat tərəfindən hesablanmış yük hesabatına uyğun olaraq müəyyən olunur.

Qeyd 5: Sifarişçinin tikinti obyektlərinə əlavə güc alması tələb olunduqda, onlara verilmiş mövcud texniki şərtlər nəzərə alınmaqla, əlavə gücün alınması üçün yeni texniki şərtlər verilməlidir. Əlavə gücün alınması üçün yeni texniki şərtlər verilərkən sifarişçi tələb etdiyi əlavə gücə uyğun qoşulma haqqı ödəyir. Əlavə gücün alınması ilə bağlı müraciət olunduqda ərizə, mövcud texniki şərt və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03.11.2023-cü il tarixli, 399 nömrəli qərarının 2.2-ci bəndinin tələblərinə uyğun olaraq mülkiyyət hüququnu təsdiq edən sənədlər tələb olunur.

Qeyd 6: Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidmətindən qeydiyyatdan keçmiş icarə müqaviləsinin əsli təqdim edildiyi halda notarial təsdiqi tələb olunmur.

Qeyd 7: Uçot nöqtəsi olan ünvanlara yeni uçot nöqtəsinin açılması ilə əlaqədar müraciətlər qəbul edilmir.

Qeyd 8: Sifarişçi “ASAN xidmət” mərkəzləri tərəfindən ona verilmiş texniki şərti itirdikdə, o, həmin sənədin dublikatının alınması üçün abonent kodunu və şəxsiyyət vəsiqəsini təqdim etməklə Mərkəzlərə müraciət edir. Həmin sənədlərin dublikatı müraciət edildiyi gün mərkəzlər vasitəsilə sifarişçiyə ödənişsiz verilir. Digər müəssisələr tərəfindən verilən Texniki şərt itirildikdə aidiyyəti üzrə ETŞ-ə müraciət edilməlidir.
Qeyd 9: Mülkiyyət sənədində payçılar mövcud olduğu halda (mülkiyyət sənədində qeyd olunan ünvan üzrə payçıların hər biri ayrıca abonent olduğu və ya payçıların özləri iştirak etdiyi hallar istisna olmaqla) onların notarial qaydada razılıq ərizəsi tələb olunur.

Zəruri olan sənədlərin siyahısı

  • (Ərizə-Blank)
  • Müraciət edən şəxsin şəxsiyyət vəsiqəsi;

Xidmət haqqı

Dərhal - 1.5 manat hər kVt üçün
2 gün ərzində - 1 manat hər kVt üçün

Müddət

Xidmət sifarişçinin tələbinə uyğun olaraq dərhal və ya 2 gün ərzində həyata keçirilir.


 

Zəruri olan sənədlərin siyahısı

  • (Ərizə-Blank)
  • Müraciət edən şəxsin şəxsiyyət vəsiqəsi;

Xidmət haqqı

Dərhal - 1.5 manat hər kVt üçün
2 gün ərzində - 1 manat hər kVt üçün

Müddət

Xidmət sifarişçinin tələbinə uyğun olaraq dərhal və ya 2 gün ərzində həyata keçirilir.


 

Zəruri olan sənədlərin siyahısı

  • Müraciət edən şəxsin şəxsiyyət vəsiqəsi;
  • Abonent kodu.

Xidmət haqqı

Ödənişsiz

Müddət

 Dərhal

Qeyd

Bu xidmət əhali qrupuna aid abonentlərə göstərilir.

Abonent elektrik enerjisi sərfiyyatına görə müraciət etdiyi günə qədər bütün borclarını ödədiyi halda ona borcun olmaması barədə sənəd verilir.

 

 

Zəruri olan sənədlərin siyahısı

Ərizə;

Abonentin şəxsiyyət vəsiqəsi;

Mülkiyyəti təsdiq edən sənəd (Qeydiyyat vəsiqəsi, mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasına dair çıxarış, order, kirayə müqaviləsi, alqı-satqı, bağışlama, icarə müqaviləsi və ya vərəsəlik haqqında şəhadətnaməsi) .

Abonent kodu.

Dövlət rüsumunun məbləği

Ödənişsiz

Müddət

Dərhal

Qeyd

Əhali istehlakçısının ad dəyişdirilməsi zamanı enerji təchizatı haqqında müqavilə “ASAN Kommunal” mərkəzində bağlanılır.

Mülkiyyət sənədində payçılar mövcud olduğu halda (mülkiyyət sənədində qeyd olunan ünvan üzrə payçıların hər biri ayrıca abonent olduğu və ya payçıların özləri iştirak etdiyi hallar istisna olmaqla) onların notarial qaydada razılıq ərizəsi tələb olunur.

Yaxın qohumlar (ata, ana, baba, nənə, ər (arvad), uşaqlar, bacı, qardaş) qohumluq əlaqələrini təsdiq edən sənədləri təqdim etməklə xidmətə müraciət edə bilərlər.

Başqa şəxs müraciət etdiyi halda, qanunvericilikdə müəyyən olunmuş qaydada verilən etibarnamə və müraciət edən şəxsin şəxsiyyətini təsdiq edən sənəd təqdim edilməlidir.

Abonentin mülkiyyət sənədi olmadığı halda, ona məxsus abonent kodunu notarial qaydada təsdiq edilmiş ərizə əsasında digər şəxsin adına keçirə bilər.

Borc aşkar olunduğu halda əhali istehlakçısının ad dəyişdirilməsi xidməti həyata keçirilmir (abonent kodunun ər və arvadın adına keçirilmə və ölüm halları istisna olmaqla)

Abonentin qeydiyyat ünvanı və ya mülkiyyət sənədindəki məlumatlarla abonent bazasındakı məlumatlar uyğun olmadıqda xidmət 5 iş günü müddətində həyata keçirilir.

Abonentə məxsus mülkiyyət hüququnu təsdiq edən sənəd bankda girovda olduqda, onun bank tərəfindən təsdiq olunmuş surəti təqdim olunmalıdır.

Abonent kodu adına olan şəxs vəfat etdikdə ona məxsus abonent kodu ölüm haqqında şəhadətnamə və qohumluq münasibətlərini təsdiq edən sənədlər təqdim olunmaqla birinci dərəcəli vərəsənin adına keçirilə bilər.

Abonent ad və ya soyadın dəyişdirilməsi haqda şəhadətnaməni təqdim etdiyi halda mülkiyyət sənədini təqdim etmədən xidmətə müraciət edə bilər.

Hesablaşma sayğacının göstərişinin oxunmadığı halda əhali istehlakçısının ad dəyişdirilməsi icra edilmir.(Göstəricinin oxunması ilə əlaqədar müvafiq ETŞ-ə müraciət oluna bilər)

İnformasiya bazasında abonent məlumatlarında (ad, soyad ata adı) səhvlik olduğu halda icra nümayəndəliyinin müvafiq arayışı təqdim edilməklə düzəliş edilə bilər.


 

Zəruri olan sənədlərin siyahısı

  • VÖEN (hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs olduğu halda) və şəxsiyyət vəsiqəsi;
  • Hüquqi şəxsin təmsilçisinə (nümayəndəsinə) verilən müvafiq məktub, nümayəndənin  şəxsiyyət vəsiqəsi və VÖEN (hüquqi şəxs olduğu halda);
  • Mülkiyyəti təsdiq edən sənəd (Qeydiyyat vəsiqəsi, mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasına dair çıxarış, mülkiyyətə dair şəhadətnamə, notarial qaydada təsdiq olunmuş alqı-satqı, bağışlama, icarə müqaviləsi   və ya vərəsəlik şəhadətnaməsi).

Abonent kodu.

Abonent kodu.

Xidmət haqqı

Ödənişsiz

Müddət

5 gün ərzində

Qeyd

Qeyri-əhali istehlakçısının ad dəyişdirilməsi zamanı enerji təchizatı haqqında müqavilə “ASAN Kommunal” mərkəzində bağlanılır.

Mülkiyyət sənədində payçılar mövcud olduğu halda (mülkiyyət sənədində qeyd olunan ünvan üzrə payçıların hər biri ayrıca abonent olduğu və ya payçıların özləri iştirak etdiyi hallar istisna olmaqla) onların notarial qaydada razılıq ərizəsi tələb olunur.

Digər şəxs müraciət etdiyi halda, qanunvericilikdə müəyyən olunmuş qaydada verilən etibarnamə və müraciət edən şəxsin şəxsiyyətini təsdiq edən sənəd təqdim edilməlidir.

Borc aşkar olunduğu halda qeyri-əhali istehlakçısının ad dəyişdirilməsi xidməti həyata keçirilmir.

Abonentin mülkiyyət sənədi olmadığı halda, ona məxsus abonent kodunu notarial qaydada təsdiq edilmiş razılıq ərizəsi əsasında digər şəxsin adına keçirə bilər.
Abonent ad və ya soyadın dəyişdirilməsi haqda şəhadətnaməni təqdim etdiyi halda mülkiyyət sənədin təqdim etmədən xidmətə müraciət edə bilər.

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidmətindən qeydiyyatdan keçmiş icarə müqaviləsi təqdim edildiyi halda notarial təsdiq tələb olunmur.

İcarə müqaviləsi hüquqi şəxslər arasında bağlandıqda notarial təsdiqə ehtiyac yoxdur (icarə müqaviləsinin müddəti 11 aydan az olduğu hallarda).

Hesablaşma sayğacının göstəricisinin oxunmadığı halda əhali istehlakçısının ad dəyişdirilməsi icra edilmir. (Göstəricinin oxunması ilə əlaqədar müvafiq ETŞ-ə müraciət oluna bilər)


 

 

Zəruri olan sənədlərin siyahısı

  • Müraciət edən şəxsin şəxsiyyət vəsiqəsi  
  • Abonent kodu

Xidmət haqqı

Ödənişsiz

Müddət

Dərhal


 

Zəruri olan sənədlərin siyahısı

Ərizə;

Müraciət edən şəxsin şəxsiyyət vəsiqəsi;

Abonent kodu;

Smart kart (mövcud oduğu halda)

Xidmət haqqı

15 AZN

Müddət

Dərhal


 

Zəruri olan sənədlərin siyahısı

  • Abonentin  şəxsiyyət vəsiqəsi;
  • Hüquqi şəxsin təmsilçisinə (nümayəndəsinə) verilən müvafiq məktub, nümayəndənin şəxsiyyət vəsiqəsi və VÖEN (hüquqi şəxs olduğu halda);
  • Abonent kod

Xidmət haqqı

Ödənişsiz

Müddət

Dərhal

Qeyd

Yaxın qohumlar (ata, ana, baba, nənə, ər (arvad), uşaqlar, bacı, qardaş,) qohumluq əlaqələrini təsdiq edən sənədləri təqdim etməklə,həmçinin qeydiyyatda olan şəxslər bu xidmətə müraciət edə bilərlər.

Başqa şəxs müraciət etdiyi halda, qanunvericilikdə müəyyən olunmuş qaydada verilən etibarnamə və müraciət edən şəxsin şəxsiyyətini təsdiq edən sənəd təqdim edilməlidir.

 

Zəruri olan sənədlərin siyahısı

Ərizə;

Müraciət edən şəxsin şəxsiyyət vəsiqəsi;

Abonent kodu.

Xidmət haqqı

Ödənişsiz

Müddət

15 gün


 

Zəruri olan sənədlərin siyahısı

  • Müraciət edən şəxsin şəxsiyyət vəsiqəsi;
  • Smart kart;

Xidmət haqqı

Ödənişsiz

Müddət

Dərhal


 

Zəruri olan sənədlərin siyahısı

Ərizə

Müraciət edən şəxsin və ailə üzvlərinin şəxsiyyətini təsdiq edən sənədlər;

Abonent kodu;

Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsinin yerli qurumundan arayış

Xidmət haqqı

Ödənişsiz

Müddət

1 iş günü ərzində


Xüsusi araşdırma tələb olunan hallarda - 5 iş günü ərzində

Qeyd

Statusu olmayan mənzillərdə (Məcburi Köçkün limiti istifadə olunmayan) abonentin həmin ünvanda hansı tarixdən yaşaması göstərilməklə Qaçqınların və Məcburi köçkünlərin işləri üzrə dövlət komitəsinin yerli qurumundan arayışı təqdim olunur.

Bu xidmət Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin “Azərişıq” ASC-nin Elektron Müraciətlərin İdarə Olunması Sisteminə (EMİOS)-nə inteqrasiya olunan şəxslərə şamil edilir.

Yaxın qohumlar (ata, ana, baba, nənə, ər (arvad), uşaqlar, bacı, qardaş, nəvələr) qohumluq əlaqələrini təsdiq edən sənədləri təqdim etməklə xidmətə müraciət edə bilərlər.

Başqa şəxs müraciət etdiyi halda qanunvericiliklə müəyyən olunmuş qaydada verilən etibarnamə və müraciət edən şəxsin şəxsiyyətini təsdiq edən sənəd təqdim edilməlidir.

Məcburi köçkün yeni ünvana köçdükdə köhnə ünvan üzrə “kreditor” borcu varsa sıfırlanır, “debitor” borcu olduqda isə ödədikdən sonra ünvan dəyişikliyi icra edilir.

Kompakt şəkildə məskunlaşmış məcburi köçkünlərin müraciəti zamanı bütün ailə üzvlərinin şəxsiyyət vəsiqələri təqdim edilməlidir.

Məcburi köçkün borcun olmaması haqqında arayış və ad dəyişmə xidmətinə müraciət etdiyi zaman dondurulmuş kreditor borc sıfırlandığı, debitor borc ödənildiyi halda icra oluna bilər.


 

Zəruri olan sənədlərin siyahısı

(Ərizə-Blank);

VÖEN(qeyri-əhali abonentləri olduğu halda;

Müraciət edən şəxsin şəxsiyyət vəsiqəsi;

Xidmət haqqı

Müqavilə əsasında müəyyən edilir.

Müddət

Müddət işin həcmindən asılı olaraq müqavilə əsasında müəyyən edilir.

Qeyd

Ərizə qəbul olunduqdan sonra 3 gün ərzində baxış keçirilir və akt tərtib olunur.

Akt tərtib olunduqdan sonra vətəndaş Mərkəzə müraciət edərək müqavilə bağlanılır. Ödəniş və icra müddəti müqavilədə öz əksini tapır.

Texniki parametrləri müəyyən etmək mümkün olmadıqda texniki şərt tələb oluna bilər.

Digər şəxs hüquqi şəxslərlə əlaqədar müraciət etdiyi halda səlahiyyətini təsdiq edən müvafiq qaydada təsdiq edilmiş etibarnamə və şəxsiyyətini təsdiq edən sənəd


 

Zəruri olan sənədlərin siyahısı

- Ərizə (fiziki şəxs olduqda) və ya məktub (hüquqi şəxs olduqda);

- Müraciətçinin şəxsiyyət vəsiqəsi;

- Mənzil sahiblərinin siyahısı;

- Texniki şərtin sürəti;

- Üzləşmə aktı və ya borcun olmamasına dair arayış;

- Enerji Məsələlərini Tənzimləmə Agentliyindən istismara buraxılış aktı (150 kVt-dən yuxarı olduqda);

- Sərhəd aktı və ya qoşulma aktı(150 kVt-a qədər olduqda);

- Enerji alqı-satqı müqaviləsi (Balans sayğacı üzrə)

 

Xidmət haqqı

Ödənişin məbləği müqaviləyə əsasən müəyyən olunur.

Müddət

“Azərişıq” ASC nümayəndəsi tərəfindən ünvana 5 iş günü müddətinə baxış keçirilir və smeta müəyyən olunur, elektrik şəbəkəyə qoşulma ilə bağlı xərclər ödənildikdən sonra 30 gün müddətində işin icrası həyata keçirilir.

Qeyd

Layihə-smeta sənədi sifarişçiyə təqdim olunduqdan sonra 1 ay ərzində elektrik şəbəkəyə qoşulma ilə bağlı xərclər ödənilmədikdə, sifarişçi tərəfindən yenidən müraciət olunmalıdır.

Başqa şəxs müraciət etdiyi halda, qanunvericilikdə müəyyən olunmuş qaydada verilən etibarnamə və müraciət edən şəxsin şəxsiyyətini təsdiq edən sənəd təqdim edilməlidir.

Çoxmənzilli binalarda mənzillərinin qeydiyyatı fərdi qaydada aparılmır.

Çoxmənzilli binalarda mansardlarında yerləşən mənzillər müvafiq icra hakimiyyəti tərəfindən verilmiş sənədləri təqdim etməklə bu xidmətdən istifadə edə bilər.

Balans sayğacda borc aşkar olunduğu halda xidmət həyata keçirilmir.

Üzləşmə aktı və ya borcun olmamasına dair arayış “ASAN Kommunal” mərkəzindən əldə oluna bilər.


 

Zəruri olan sənədlərin siyahısı

- (Ərizə-Blank);

- Müraciət edən şəxsin şəxsiyyət vəsiqəsi;

- Texniki Şərt;

- Texniki şərtin layihəsi (quraşdırılma üçün müraciət olduqda tələb olunur.)

Xidmət haqqı

Müqavilə əsasında müəyyən edilir.

Müddət

15 gün (layihələndirmə müddəti), quraşdırılma işlərin müddəti işin həcmindən asılı olaraq müqavilə əsasında müəyyən edilir.


 

Zəruri olan sənədlərin siyahısı

Ərizə-Blank (Abonent kodu və səbəb qeyd edilməklə)

VÖEN (olduğu halda);

Abonentin şəxsin şəxsiyyət vəsiqəsi;

Mülkiyyətə dair sənəd.

Xidmət haqqı

Ödənişsiz

Müddət

10 gün

Qeyd

Başqa şəxs müraciət etdiyi halda qanunvericilikdə müəyyən olunmuş qaydada verilən etibarnamə və müraciət edən şəxsin şəxsiyyətini təsdiq edən sənəd təqdim edilməlidir.

AKTİV kodun PASSİV edilməsi Abonent müraciəti əsasında (səbəb göstərməklə) həyata keçirilir. Bu halda Abonent kodu İnformasiya bazasında müvəqqəti passiv (T) statusu ilə passiv edilir.

Abonent kodunun PASSİV edilməsi istehlak olunmuş elektrik enerjisinin dəyəri tam ödənildikdən sonra həyata keçirilir və vətəndaşa “borcun olmaması” barədə rəsmi sənəd təqdim olunur. Enerji alqı satqı müqaviləsində tərəflərin məsuliyyəti müvəqqəti olaraq dondurulur.

PASSİV kodun AKTİV olunması üçün ünvana baxış keçirilir “baxış aktı” tərtib olunur araşdırılması üçün müvafiq struktura yönləndirilir. Passiv olunmuş koda aid borc aktiv edilən zaman tam şəkildə ödənilməlidir. Passiv olunmuş kodda sayğac yoxdursa o kodun aktiv olunması mümkün deyil. (Dövlət müəssisəsindən maliyyələşən müəssisələrə aid kodlar istisna olmaqla misal-kameralar, liftlər, sayğac quraşdırılması mümkün olmayan obyektlər)

İstehlakçıya aid mənzil sökülərkən və ya digər mənzilə birləşdirilərkən abonent kod İnformasiya bazasında PASSİV (P) edilir. Passiv edilən günə qədər son göstərici daxil edilməklə borc tam şəkildə ödənilir.

Abonent İnformasiya bazasında (P) statusu ilə PASSİV edilən kod sayğac olmadıqda yenidən AKTİV edilə bilməz.

TM bağlantısını dəyişən abonent kodları AKTİV olunmur.

Sifarişçi icarə müqaviləsi təqdim etməklə Abonent İnformasiya bazasında müvəqqəti passiv (T) olunmuş kodu aktivləşdirə bilər.

Bu xidmət “ASAN Kommunal” mərkəzləri ilə yanaşı 6 saylı Bakı "ASAN xidmət" və regional “ASAN xidmət” mərkəzlərində həyata keçirilir.


 

Zəruri olan sənədlərin siyahısı

  • (Ərizə-Blank)
  • Müraciət edən şəxsin şəxsiyyət vəsiqəsi;

Xidmət haqqı

Dərhal - 1.5 manat hər kVt üçün
2 gün ərzində - 1 manat hər kVt üçün

Müddət

Xidmət sifarişçinin tələbinə uyğun olaraq dərhal və ya 2 gün ərzində həyata keçirilir.